Xəbərlər 15.02.2024 22:39 1815

QHT-nin bir qrup könüllüsü növbəti görüş təşkil edib - FOTOLAR

“Regional İnkişaf” İctimai Birliyinin Bakı regionu üzrə seçilmiş bir qrup könüllüsü üçün icra edilən inkişaf proqramı çərçivəsində fevralın 15-də növbəti görüş təşkil edilib.

QHT.az xəbər verir ki, görüşdə RİİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Çinarə Balıyeva tərəfindən ictimaiyyətin məlumatlandırılmasında sosial media səhifələrinin əhəmiyyətli rolu, sosial mediada yayımlanan rəsmi məlumatların hazırlanması, bu zaman diqqət edilməli əsas məqamlar, etibarlı informasiya mənbələrindən istifadə, həmçinin vizualların düzgün seçimi barədə məlumat verilib.

Sonda könüllülərin komandalara bölünərək hazırladıqları sosial media məlumatlarının müzakirəsi aparılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı