Xəbərlər 19.01.2024 12:15 3392

Ayaz Hüseynov: “Azərbaycan prezident seçkilərindən sonra yeni və cəmiyyət üçün çox faydalı eraya keçid alır”

“İkinci vətən müharibəsindən sonra Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi və prezident seçkilərinin növbədən kənar keçirilməsi heçdə təsadüfi deyil. Azərbaycan hazırda öz tarixinin ən parlaq dönəmini yaşayır. Bunun üçün əlbəttə ki, Ümumilli lider Heydər Əliyev və ondan sonra cənab prezident İlham Əliyev çox böyük zəhmət qoyaraq bütün dünyaya mükəmməl siyasət nümayiş etdirdilər”.

Bu fikri Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının və Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda prezident seçkiləri qalib və nümunəvi Azərbaycan Respublikası ərazisində keçiriləcəkdir: “Əminəm ki, prezident seçkiləri demokratik şəkildə keçiriləcək və seçkilərin keçirilməsində vətəndaş cəmiyyətinin sədrləri əllərindən gələn dəstəyi əsirgəməyəcəklər. Hazırda insanlar yeni dünyanın qurulmasını yaşayırlar və heç nə əvvəlki kimi olmayacaq. Eləcədə Azərbaycan prezident seçkilərindən sonra yeni və cəmiyyət üçün çox faydalı eraya keçid alır. Əminəm ki, prezident seçkilərindən sonra müsbətə doğru bir çox addımlar atılacaq və Azərbaycanın çiçəklənməsini hər bir vətəndaş müşahidə edəcək”.

QHT sədri həmçinin bildirib ki, hər zaman cənab prezident İlham Əliyevin yanında olmuşuq və onun genişmiqyaslı siyasətini dəstəkləmişik və bundan sonrada bu belə davam edəcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı