Hərbiçilərin pensiyaya çıxma müddəti neçə il olacaq?
"Qanun layihəsində hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 ildən 25 ilə çatdırılması təklif olunur".
QHT. az xəbər verir ki, bu sözləri “Hərbi qulluqçuların statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarında müzakirə edilən dəyişikliklər ilə bağlı məsələlərə aydınlıq gətirən iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Ekspert qeyd edib ki, dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 il tamam olan hərbiçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər: "Yəni, əgər hərbiçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə qanun buna imkan yaradacaq. Bu zaman hərbiçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda da pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğ ilə pensiya hüququ qazana bilər. Bu o deməkdir ki, pensiyaya çıxmağa 3 ili qalan hərbiçilərimiz üçün seçim təklif olunur və dəyişikliklər onlara təsir etmir".
Pərvanə Fərhadqızı