Xəbərlər 21.11.2023 16:48 1005

Qırıcı təyyarə uçuş-enmə zolağından çıxaraq körfəzə çırpıldı - VİDEO

 

ABŞ-ın Havaydakı hərbi bazasında döyüş təyyarəsinin uçuş zolağından çıxaraq yaxınlıqdakı körfəzə çırpılması nəticəsində 9 nəfər yaralanıb.

QHT.az xəbər verir ki, Honolulu Yanğın Departamentinin sözçüsü Malcolm K. Medrano, yerli vaxtla saat 14:00 radələrində Havaydakı dəniz bazasında hərbi təyyarənin Kaneohe körfəzinə düşdüyü barədə xəbər aldıqlarını açıqladı. Hərbi rəsmilər qeyd ediblər ki, P-8A qırıcı təyyarəsinin Havaydakı dəniz bazasındakı uçuş-enmə zolağından çıxmasının səbəbi hələlik məlum deyil.

Sahil Təhlükəsizlik Komandanlığı təyyarədə yaralanan 9 nəfərin xilas edildiyini, axtarış-xilasetmə işlərinin sona çatdığını açıqlayıb. Bölgədəki hava şəraiti ilə əlaqədar görmənin azaldığı bildirilir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı