Xəbərlər 20.11.2023 10:15 1256

Ölkə üzrə hematologiya sahəsində çalışan həkimlərin iştirakı ilə təqdimat keçiriləcək

DÜNYA HEMOFİLİYA FEDERASİYASININ HEMOFİLİYANIN MÜASİR MÜALİCƏSİNƏ DAİR TƏLİMATIN 3-cü nəşri tərəfimizdən rəsmi icazəsi alınaraq tərcümə, redaktə və çap edildi.

QHT.az xəbər verir ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib ki, 212 səhifəlik kitabın tərcüməsinə, redaktəsinə, elektron dizayn işlərinə 1 il vaxt sərf etdik: "Çəkilən əziyyət mütləq pasiyentlərin müalicəsində öz faydasını verəcək, buna əminik. Əziyyətimizi qiymətləndirdiyinə görə dövlət səhiyyə qurumlarına təşəkkürümüzü bildiririk. TƏBİB-in təşkilatçılığı ilə 21 noyabr 2023-cü il tarixində Yeni Klinika Tibb Mərkəzində DÜNYA HEMOFİLİYA FEDERASİYASININ HEMOFİLİYANIN MÜASİR MÜALİCƏSİNƏ DAİR TƏLİMATIN ölkə üzrə hematologiya sahəsində çalışan həkimlərin iştirakı ilə təqdimatı keçiriləcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı