Qarakənd faciəsindən 32 il ötür
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının növbəti ildönümüdür.
QHT.az xəbər verir ki, 1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:
- Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri
- Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
- Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
- İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
- Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev – telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı
- Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator
- Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Onları dərin ehtiramla anırıq. Allah rəhmət eləsin.
Pərvanə Fərhadqızı