Xəbərlər 17.11.2023 00:28 1852

Dağıstanda hava limanında baş verən iğtişaşlara görə 17 nəfər həbs edilib

Respublika Ali Məhkəməsinin mətbuat xidməti xəbər verir ki, Mahaçqalanın Sovetski Rayon Məhkəməsi hava limanında iğtişaşların iştirakçılarına qarşı orta hesabla 1 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçib.

QHT.az xəbər verir ki, Dağıstan Ali Məhkəməsinə iğtişaşlardan sonra başlanmış cinayət işi çərçivəsində 17 yerli sakinin həbsi ilə bağlı 17 apellyasiya materialı daxil olub.

Mahaçqala hava limanında iğtişaşlar oktyabrın 29-da axşam saatlarında Təl-Əvivdən uçan təyyarənin gəlişindən sonra baş verib. Komissiya iğtişaş iştirakçılarının hava limanına təqribən 285 milyon rubl məbləğində ilkin ziyan vurduğunu müəyyən edib.

Faktla bağlı cinayət işi başlanıb, 201 nəfər saxlanılıb, 155 nəfərə qarşı inzibati protokollar tərtib edilib.

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı