Xəbərlər 26.09.2023 17:56 2174

TƏBİB-in icraçı direktorunun müşaviri işgüzar səfərdə olub - FOTOLAR

TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın İdarə Heyətinin üzvü Pərvin Əkbərov 2023-cü il sentyabrın 25-də Vreden adına Travmatologiya və Ortopediya Milli-Tibbi Tədqiqat İnstitutunda işgüzar səfərdə olub.  
 

Səfərdə məqsəd Vreden adına İnstitutun fəaliyyəti ilə tanışlıq, aktual problemlərin, ortopediya və travmatologiya sahəsində tətbiq olunan  innovativ texnologiyaların, eləcə də tibbi-reabilitasiya metodlarının müzakirəsi olub. 
 

Görüş zamanı İnstitutun direktoru, tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Travmotoloqlar və Ortopedlər Assosiasiyasının vitse-prezidenti Rəşid Tixilov qonaqları İnstitutun tarixi və əsas fəaliyyət istiqamətləri ilə tanış edib. 
Baş həkimin tibbi-reabilitasiya işləri üzrə müavini Aleksey Vasilkin doktor Pərvin Əkbərov üçün İnstitutla tanışlıq məqsədilə kiçik bir ekskursiya təşkil edib.  

 

Əsas diqqət Vreden adına İnstitutda ənənəvi müalicə və tibbi-reabilitasiyanın imkanlarının öyrənilməsinə yönəldilib. 
Görüşün sonunda Vreden adına İnstitutun rəhbərliyi Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinə və xüsusi olaraq doktor Pərvin Əkbərova İnstitutun fəaliyyətinə göstərdikləri diqqətdən dolayı təşəkkür edib və gələcəkdə səmərəli əməkdaşlığın perspektivləri üçün bu görüşün əhəmiyyətli olacağına inandıqlarını vurğulayıb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı