Rauf Zeyni: “İtkin düşmüş şəxslərin ailələrilə bilavasitə məşğul olan QHT-lər üçün yeni imkanlar yaranır”
18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə 67 diplomat, onlardan 27-si səfirliyin nümayəndəsi, beynəlxalq alimlər, ekspertlər, 4 keçmiş dövlət başçısı, xarici və yerli itkin düşmüş ailələrin, Beynəlxalq Qızılxaç Komitəsinin, xarici ölkələrin QHT nümayəndələri və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri iştirak ediblər.
Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, bu beynəlxalq konfrans itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı milli və beynəlxalq səylərin artırılması istiqamətində çox əhəmiyyətli təsir göstərəcək: “Düşünürəm ki, ölkəmizdə və ölkəmizdən kənarda belə tədbirlərin keçirilməsi, bizim aidiyyəti qurumların nümayəndələrinin, itkin düşmüş şəxslərin yaxınlarının burada iştirakı və beynəlxalq təşkilatlardan itkin düşmüş şəxslər haqqında məlumatların dəqiqləşdirilməsinə çalışılması, həm beynəlxalq ictimaiyyətin marifləndirilməsi və bu istiqamətdə təşəbbüslərin gücləndirilməsi, həm də beynəlxaq əməkdaşlıq istiqamətində irəlləşdir. Bu baxımdan itkin düşmüş şəxslərlə məşğul olan beynəlxalq şəbəkə ilə yaxşı əlaqələr qurduq. Bizim itkin düşmüş şəxslərin ailələrilə bilavasitə məşğul olan QHT-lər üçün yeni imkanlar yaranır. Bizim məqsədimiz də ondan ibarət idi ki, bu təşkilatlar beynəlxalq şəbəkə ilə sıx əməkdaşlıq edə bilsinlər. Bu imkanları genişləndirmək lazımdır. Düşünürəm ki, bu əməkdaşlıq müsbət nəticələrini verəcək”.






Pərvanə Fərhadqızı