Xəbərlər 19.09.2023 14:13 1486

Milli Qəhrəmanımız- şəhid Aqil Quliyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Aqil Quliyev 19 sentyabr 1963-cü ildə Qərbi Azərbaycanın Sisyan kəndində anadan olub.

QHT.az xəbər verir ki, 1988-ci ildə ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edərkən onun da ailəsi bu təcavüzün qurbanı olub. Aqil ailəsini Bakıya gətirib və müvəqqəti sığınacaq tapıb. Sonra isə Milli Ordunun qərərgahına gələrək cəbhəyə göndərilməsini xahiş edib.

Quliyev Aqil Sahib oğlunun həyata keçirdiyi ilk əməliyyat Xocalıda olub. 1992-ci ilin 18 fevralında ermənilər Xocalı şəhərini mühasirəyə aldıqda onun komandirlik etdiyi hissə ermənilər və Rusiyaya məxsus 366-cı moto-atıcı alaya qarşı rəşadətlə vuruşaraq erməniləri məhv ediblər. Lakin cəsur komandir burada hər iki ayağından yaralanıb. 25 fevral 1992-ci il tarixində döyüşçü dostları onu təhlükəsiz yerə aparmaq istəyərkən amansız ölüm onları yerindəcə haqlayıb. Quliyev Aqil Sahib oğlunun cəsədini beş gün sonra hadisə yerindən götürmək mümkün olub.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 883 saylı Fərmanı ilə Aqil Sahib oğlu Quliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı