Xəbərlər 29.05.2023 15:16 4143

Xanım QHT nümayəndələri Müstəqillik Günü münasibətilə milli geyimlərdə yürüş keçirdilər - FOTO

28 May Müstəqillik Günü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun prezidenti və “A QHT Klubu”nun rəhbəri Sevda Tahirlinin təşəbbüsü ilə   qeyri-hökumət təşkilatlarının  nümayəndələri,  ziyalı xanımlar və  tələbələrin  iştirakı ilə milli geyimlərdə yürüş keçirildi. 

QHT.az xəbər verir ki, milli geyimdə yürüşlərin keçirilməsi ənənəsinin təməli 2015-ci ildən Mirzə Ələkbər Sabir Fondu tərəfindən qoyulmuşdur. Pandemiya səbəbindən ara verilən bu ənənə yenidən reallaşmışdır.  

Tədbirin keçirilməsində məqsəd, Ulu Öndər Heydər Əliyevin 100 illiyi  münasibətilə elan edilən 2023-cü ildə özünün  105 illik tarixə malik  müstəqilliyimizin qürurunu milli-mənəvi dəyərlərimizə olan sevgilə birgə ifadə etmək olmuşdur.

 

Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan 50 nəfərə yaxın iştirakçını bayram ruhunu yaşayan şəhərimizin sakinləri  dərin ehtiram və sevgi,  xarici qonaqları isə  böyük maraqla qarşılamışlar. Dəniz kənarı parkdan başlayan və İçəri Şəhərdə bitən yürüş   zamanı iştirakçılar qarşıya çıxan şəhər sakinlərinə, əsasən də məktəbəqədər və  məktəbyaşlı uşaqlara bayraq hədiyyə etmiş,  xalq mahnıları oxumuş, İstiqlal bəyannaməsi abidəsinin yanında Azərbaycan Respublikasının  Dövlət Himnini ifa etmişlər.

 

Habelə, Yürüş  iştirakçıları tərəfindən Xan qızı Xurşidbanu Natəvanın və mayın 30-da doğum günü qeyd ediləcək  Mirzə Ələkbər Sabirin  heykəlləri   ziyarət edilmişdir.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı