Xəbərlər 23.03.2023 12:16 2188

Şəhid İlqar Hümbətovun ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli şəhid İlqar Hümbətovun Bakının Ramana Yaşayış Kompleksində yaşayan ailəsini ziyarət edib.

 

44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində döyüşlərdə şəhid olan İlqar Hümbətov Prezident İlham Əliyevin Sərəncamları ilə III dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda” , “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Görüşdə şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Bildirilib ki, şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil verilib, sosial ödənişlər təyin edilib. Ailənin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı