Xəbərlər 19.03.2023 16:16 3373

“Boccia idman növü üzrə Heydər Əliyev turniri”nin qalibləri mükafatlandırılıblar - FOTO +VİDEO

Bakı İdman Sarayında  "Boccia idman növü üzrə Heydər Əliyev turniri"nin final mərhələsi keçirilib. Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Azərbaycan Boccia Federasiyasının prezidenti Vüqar Behbudov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, Azərbaycan Boccia Federasiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov giriş sözləri ilə tədbiri açıq elan ediblər. Azərbaycan himninin sədaları altında start götürən final mərhələsinin nəticələrinə əsasən:
 

Uşaq paralimpiyası üzrə:
I-yer Əzizzadə Cavanşir
II-yer Rəhimova Zərnişan
III-yer Əliyeva Qənirə

 

BC1 kateqoriyası üzrə qızlar:
I-yer Şəfəqqətzadə Röya
II-yer Qurbanova Aytac
III-yer Kərimli Sevda 

 

BC1 kateqoriyası üzrə oğlanlar:
I-yer Hüseynov Vüqar
II-yer Priquliyev Nəriman
III-yer Məmmədov Mehman 

 

BC2 kateqoriyası üzrə qızlar:
I-yer Ağayeva Sona
II-yer Məmmədova Münəvvər
III-yer Qasımlı Türkan 

 

BC2 kateqoriyası üzrə oğlanlar:
I-yer Canıyev Qalib
II-yer Qəribov Fuad
III-yer Kərimov Orxan 

 

BC3 kateqoriyası üzrə:
I-yer Samir Süleymanov
II-yer Ramil Babayev
III-yer Zemfira Məcnunova 

 

BC4 kateqoriyası üzrə qızlar:
I-yer Ağayeva Nərmin
II-yer Hüseynli Xəyalə 
III-yer Həziyeva Aytac 

 

BC4 kateqoriyası üzrə oğlanlar:
I-yer Veysəlov Zaur
II-yer İslamov Xəyal
III-yer İsmayılov Adil 

 

BC5 kateqoriyası üzrə qızlar:
I-yer Mehdiyeva Aytac
II-yer Məmmədəliyeva Əfsanə
III-yer Əzimova Nənəxanım 

 

BC5 kateqoriyası üzrə oğlanlar:
I-yer Hüseynov Rüfət
II-yer Əliyev Ramid
III-yer Ağabalayev Fərid 
elan edilib.

 

Adları çəkilən idmançılar I, II, III yerlərə layiq görülərək medal, kubok və hədiyyələrlə təltif olunublar.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı