Xəbərlər 17.03.2023 11:02 1904

Şəhid Aqşin Novruzovun ailəsi ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev 44 günlük Vətən müharibəsində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olmuş Aqşin Novruzovun ailəsini ziyarət edib.

 

Prezident İlham Əliyevin Sərəncamları ilə Aqşin Novruzov “Vətən uğrunda”, "Kəlbəcərin azad olunmasına görə", “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

 

Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət rəisi ailənin sosial vəziyyəti ilə maraqlanıb. 

 

Bildirilib ki, bütün şəhid ailələrinə, o cümlədən Aqşin Novruzovun ailəsinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunan şəhid ailəsinə sosial ödənişlər də təyin edilib. 

 

Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı