Xəbərlər 09.03.2023 20:54 2124

Tbilisidə parlament binası qarşısında növbəti etiraz aksiyası - ÖZƏL

Qht.az xəbər verir ki, Tbilisidə parlamentin qarşısındakı meydanda vətəndaş fəalları və tələbələrin təşkil etdiyi növbəti etiraz aksiyası keçirilir.

Etirazçılar iki tələb irəli sürüblər - qanunvericilik səviyyəsində xarici agentlərlə bağlı qanun layihəsinin parlamentdən geri götürülməsinin rəsmiləşdirilməsi və martın 7-də və 8-də polis tərəfindən saxlanılan bütün etirazçıların azadlığa buraxılması.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlərlə bağlı qanun layihələrinin geri götürülməsini cəmiyyətin qələbəsi adlandırıb.

Bu barədə onun videomüraciətində deyilir.

O, qanun layihəsinin geri götürülməsi barədə qərarın “xalqın real gücünü nəzərə almaqla” diktə edildiyini vurğulayıb.

Zurabişvili Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etiraz edənlərə qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıb.

Eyni zamanda, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezidenti Tbilisidəki iğtişaşlar zamanı etdiyi hərəkətlərə görə tənqid edib.

Gürcüstan müxalifəti qanun layihəsini geri götürdükdən sonra vətəndaşları gələcək fəaliyyətləri müzakirə etmək üçün planlaşdırılan mitinq əvəzinə “məlumat toplantısı” keçirməyə çağırıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı