Xəbərlər 27.01.2023 22:06 1975

Kanadada islamofobiya ilə mübarizə üçün ilk xüsusi nümayəndə təyin edilib - ÖZƏL

Kanada hökuməti ölkədəki müsəlman icmasının üzləşdiyi təcavüz, irqçilik, ayrı-seçkilik və dini dözümsüzlüklə mübarizə üçün xüsusi nümayəndə təyin edib.

QHT.az xəbər verir ki, Kanadada islamofobiya ilə mübarizə üçün ilk xüsusi nümayəndə təyin edilib
Kanadanın Baş naziri Castin Trüdo verdiyi yazılı açıqlamada insan haqları müdafiəçisi və jurnalist Amira Elqavabini "Kanadanın İslamofobiya ilə mübarizədə ilk xüsusi nümayəndəsi" təyin etdiyini açıqlayıb.

Elqavabinin təyin edilməsinin ölkədə İslamofobiya və hər cür nifrətlə mübarizədə mühüm bir addım olduğunu bildirən Trudeau, “Müxtəliflik həqiqətən Kanadanın ən böyük güclü tərəflərindən biridir, lakin bir çox müsəlman üçün İslamofobiya çox tanışdır. Biz bunu dəyişməliyik. Ölkəmizdə heç kim öz inancına nifrət etməməlidir”. ifadələrdən istifadə etmişdir.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı