Xəbərlər 27.01.2023 10:13 2837

"Qərbi Azərbaycan torpaqlarına dönmək həm də mənəvi borcumuzdur" - ÖZƏL

"Tarixən , hər zaman erməni separatçıları tərəfindən işğal olunan Azərbaycan torpaqlarında yüzlərlə mədəniyyət müəssisəsi  dağıdılıb, məhv edilib. Əlbəttə, bütün bu dağıntılar, bu ərazilərdə Azərbaycan tarixini yox etmək, millətçi, separatçı qüvvənin  məqsədi olub. Bu mənfur millət Ermənistan ərazisindəki tarixi torpaqlarımızda, Dağlıq Qarabağda və ətraf rayonlarda azərbaycanlılara aid tarixi mirasları viran qoymaqla hər zaman azərbaycanlıların bu ərazidəki mədəni kimliyinin itirilməsi məqsədini güdüb." Bunu  QHT.az saytına açıqlamasında  "Medical Media" şirkətinin direktoru Günay Kazımova deyib: "Təəssüf ki, uzun illər boyu Azərbaycan torpaqlarında bizim ata-baba,  milli izlərimizi silməyə çalışıblar. Münaqışə zamanı keçmişimizdən, ulu əcdadlarımızdan bizə miras qalan tarixi, mədəni,memarlıq abidələrimiz və müqəddəs dini inanc yerlərimiz  olan məscidlər, türbələr, qəbiristanlıqlar, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası, Tağlar mağarası və digər nadir maddi və mənəvi mədəniyyət nümunələri erməni vandalizminin qurbanına çevrilmişdir. Bu isə təkcə xalqımızın deyil, ümumilikdə bəşəriyyətin mənəvi irsinə qarşı qəsd, dünya mədəni sivilizasiyasına vurulan ağır zərbələrdir.
Qeyd etmək lazımdır ki, tarixi-dini abidələrimizin vəhşicəsinə dağıdılması,  dini məbədlərin  təhqir edilməsi, məscidlərin, dini etiqad yerlərinə  erməni işğalçılarının münasibəti müasir hüquq sistemində pislənir, qəbul edilmir, qeyri-insani, terror aktı kimi dəyərləndirilir. Bu isə o deməkdir ki, erməni şovinizminin, erməni quldurluqlarının vəhşilikləri hər gün, hər an  dünyaya, demokratiyadan, beynəlxalq hüquqdan car çəkənlərin diqqətinə çatdırılmalıdır.  Vətəndaş cəmiyyətinin bu baxımdan fəaliyyəti, tutduğu mövqedən, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşımızın 
işğaldan azad olunmuş torpaqlarda aparılan  quruculuq işlərində özünəməxsus rolu olmalı,  hər bir azərbaycanlı öz töhvəsini verməlidir! Hər birimiz sadəcə bir ağac əksək belə, bu yenə də  birliyimizin, Vətən sevgimizin təzahürüdür.  Mədəni və tarixi irsimizi qorumaqla bərabər, ata-babalardan qalma tarixi yurdlarımıza sahib çıxmaq,  qayıtmaq, bizi gözləyən doğma  Qarabağımızın, Qərbi Azərbaycanımızın həsrətinə son qoymaq hamımızın həm  vətəndaşlıq, həm də insanlıq borcumuzdur. Yalnız bu zaman mənəvi dünyamız rahatlanar, mənəvi borcumuzu ödəmiş olarıq."


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı