Qrantlar 03.12.2022 22:32 1113

Qrant müsabiqəsinin qalibləri elan edildi - SİYAHI

Azərbaycan Respublikasının Gənclər Fondunun 10-21 oktyabr 2022-ci il tarixlərində keçirdiyi 16-cı qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 65, beynəlxalq layihələr üzrə 7 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.

Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş layihələri dəstəkləmək, habelə gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.

16-cı qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsindən (www.youthfoundation.az) tanış olmaq mümkündür.

Qrantın alınması məqsədilə müqavilələrin imzalanması üçün sənədlərin son göndərilmə tarixi 9 dekabr 2022-ci il müəyyən edilmişdir.

Qeyd edək ki, müraciətlərə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 4 oktyabr 2018-ci il tarixli Q-03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fonduna gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələr çərçivəsində və müsabiqədənkənar gənclər təşkilatlarından daxil olan layihə təkliflərinin ekspertiza və qiymətləndirmə meyarları”na əsasən baxılır.

 

NƏTİCƏLƏR İLƏ BURADAN TANIŞ OLUN

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı