2 iyul tarixində Bakıda "ZE.YU Kids" uşaq mərkəzinin açılışı olub.
Mərkəzin rəhbəri Zümrüd Alcanova QHT.az –a açıqlamasında bildirib ki, Aygün Mall-da açılan mərkəz müxtəlif yaşlarda olan uşaqların səmərəli, əyləncəli vaxt keçirməsi üçün ideal məkandır, fərqli əyləncə və fiziki inkişaf fəaliyyətləri təklif edir: “Məkanda yaradıcı uşaqlar üçün dülgərlik, mental arifmetika, dil bilikləri, muncuqla işləmə, daş boyama, rəsm, rəqs, masterklaslar, toxuculuq sahələri fəaliyyət göstərəcək. Fidanlarımızın gələcək həyatlarına hazırlaşması və vaxtlarını təlim keçmiş peşəkarlarla birlikdə həm əyləncəli, həm də maraqlı keçirməsi üçün hər cür şərait yaratmışıq. Bu əlamətdar günü qeyd etmək üçün dostlar, uşaqlar, müəllimlər və valideynləri bir araya toplayaraq möhtəşəm açılış mərasimi təşkil etdik. Nə qədər məsuliyyətli və həyacanlı olsa da dostların dəstəyini və balacaların sevincini görmək o qədər də sevindirici hal oldu. Yaxın zamanda uşaqların və valideynlərinin sevimli istirahər mərkəzinə çevrilməsinə ümid edirik. İnşallah, vətənimizə, körpələrimizə, valideyinlərimizə xeyirli mərkəz olar”.
Əziz valideyinlər, uşaqlarınız darıxmasın deyə buyurun gəlin. Birgə əylənib zamanı səmərəli və maraqlı keçirin!
Maraqlanmaq istəyənlər müraciət edə bilər: (077) 600-80-77
Pərvanə Fərhadqızı












