Bu gün Azərbaycan kino rejissoru aktyor və Azərbaycanın xalq artisti Ramiz Hacı Ağa oğlu Əzizbəylinin doğum günüdür.
QHT.az xəbər verir ki, professor 1948 -ci il iyul ayının 20-də Bakı şəhərində anadan olub, ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Aktyor, rejissor. "Azərbaycanfilm” kinostudiyasında işləyib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada və musiqili teatr rejissorluğu kafedrasının müdiri, "Şöhrət" ordeni, "Hacı Zeynalabdin Tağıyev" və "Qızıl Buta" mükafatları laureatı adlarına layiq görülüb.
Xalq artisti üç dəfə insult keçirib. Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.
Pərvanə Fərhadqızı












