TÜRKSOY təşkilatının Baş katibi Sultan Rayev Azərbaycanı və digər türkdilli ölkələri Yeni il münasibətilə təbrik edib.

 

QHT. az Oxu.Az-a istinadən xəbər verir ki, təşkilatın baş katibi təbrikini “X” sosial şəbəkəsindəki hesabında yazıb.

 

“2024-cü ilin sağlamlıq, xoşbəxtlik və sülh gətirməsini arzu edirəm”, - Sultan Rayev qeyd edib.

 

O, paylaşımına Azərbaycan da daxil olmaqla təşkilata üzv olan digər ölkələrin bayraqlarını əlavə edib.