Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri İkinci Dünya müharibəsi veteranı Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.
QHT.az-ın xəbərinə görə, Prezident İlham bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fatma Səttarova Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “İstiqlal” ordeni ilə təltif olunub.












