"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova öz "facebook" hesabında Azərbaycanın Milli Qəhrəmanı və şəhidi Mübariz İbrahimovun şəhid olduğu günlə bağlı paylaşım edib.
QHT.az həmin paylaşımı təqdim edir:
"Bu gün Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun şəhidlik günüdür. Mübarız bu Şəhidlər sənlə böyüdürlər. Qanın yerdə qalmadı, ruhun şad olsun.
Mübariz İbrahimov – Vətən sevgisinin və qəhrəmanlığın simvolu
Mübariz İbrahimov Azərbaycan xalqının qəhrəmanlıq tarixində silinməz iz qoymuş igid oğullardan biridir. O, Vətənə olan sonsuz sevgisi, cəsarəti və fədakarlığı ilə hər bir azərbaycanlı üçün örnəyə çevrilib. Mübariz öz canını torpaqlarımızın müdafiəsi uğrunda qurban verərək şəhidlik zirvəsinə ucaldı.
Bu gün Azərbaycanın oğul və qızları Mübariz kimi qəhrəmanların xatirəsi ilə böyüyür, onların vətənpərvərlik ruhundan güc alırlar. Mübarizin göstərdiyi şücaət gənc nəslə Vətəni sevməyi, onu qorumağı və milli dəyərlərə sahib çıxmağı öyrədir.
Şəhidlik ən uca məqamdır. Mübariz İbrahimovun adı xalqımızın yaddaşında daim yaşayacaq, onun qəhrəmanlığı gələcək nəsillərə örnək olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Mübariz İbrahimovun əziz xatirəsini dərin ehtiramla anırıq".












