Nicat Ziyafət oğlu Baxşaliyev 1993-cü il iyunun 16-da Bərdə rayonunda dünyaya gəlib. Sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib və elə orada şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Baxşaliyev Nicat Ziyafət oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü ” medalları ilə təltif olunub.