Birləşmiş Millətlər Təşkilatı (BMT) son iki ildə işçi heyətinin sayını əhəmiyyətli dərəcədə azaldıb. İxtisarlar əsasən yerli əməkdaşlara, sahə nümayəndəliklərində və aşağı vəzifələrdə çalışan şəxslərə təsir edib.
QHT.az xarici mediaya istinadən bildirir ki, 2023-cü il dekabrın 31-dən 2025-ci il dekabrın 31-dək BMT sistemində ümumilikdə 13 544 iş yeri ləğv olunub. İxtisarların təxminən 85 faizi beş qurumun – BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), UNICEF-in, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və Dünya Ərzaq Proqramının (WFP) payına düşüb.
Araşdırmaya görə, bu proses BMT-də altı il davam edən işçi sayının artımından sonra baş verib. İxtisarların daha çox yerli və aşağı vəzifəli əməkdaşlara təsir etməsi təşkilatda aparılan struktur dəyişikliklərinin nəticələrini ortaya qoyur.








