Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinin təltif edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilmiş strategiya və proqramların icrası nəticəsində ölkəmizdə təhsilin inkişafı sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunub, keyfiyyət göstəriciləri ildən- ilə yüksəlib.
QHT.az xəbər verir ki, müəllimlərin əməyinin stimullaşdırılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə müəllim nüfuzunun yüksəlməsinə və müəllim peşəsinə marağın əhəmiyyətli şəkildə artmasına gətirib çıxarmışdır. Hər il peşə bayramı ərəfəsində təhsilin inkişafında xidmətləri olan təhsil işçilərinin təltif edilməsi onları daha əzmlə fəaliyyət göstərməyə ruhlandırır.
Təhsilin inkisafındaki xidmətlərinə, gənc nəslin təlim tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə və 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllim adını daima uca tutan müəllimləri təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
QHT.az Vətəndaş Cəmiyyəti adından torpaqlarımızın azad olunması yolunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalan müəllimlərimizin xatirəsini ehtiramla yad edirik! Peşə bayramınız mübarək!
Pərvanə Fərhadqızı












