Xəbərlər 29.05.2025 08:40 101

"Firəngiz Əlizadənin musiqisi səsi düşüncəyə, sükutu dialoqa çevirir" - QHT sədri

İz Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova QHT.az-a görkəmli bəstəkar Firəngiz Əlizadənin musiqisi fikirlər səsləndirib.

O bildirib ki, Əlizadənin musiqisi yalnız notlardan ibarət olmayıb, ruhun fəlsəfi ifadəsinə çevrilən sənət nümunəsidir:

“Firəngiz Əlizadənin musiqisi səsi düşüncəyə, sükutu isə dialoqa çevirir. Onun əsərlərində zaman dinlənilir, sükut isə danışır. Bu musiqi ruhun tarixi ilə dialoqu, daxili axtarışın səsə çevrilmiş formasıdır. Dinləyici onun bəstələrində passiv qalmır, əksinə, səsin içində düşünməyə, öz sükutuna qulaq asmağa dəvət olunur.”

QHT sədri həmçinin bəstəkarın “Oyanış”, “Dərviş”, “Habil-Sayağı” və “Zikr” kimi əsas əsərlərini şərh edib. “Oyanış”ın insanı düşünməyə, dəyişməyə çağıran fəlsəfi mövzuya malik olduğunu vurğulayan sədr, “Dərviş” əsərində musiqinin zikrə çevrildiyini, ruhun mərhələ-mərhələ yüksəlişini ifadə etdiyini qeyd edib:

“Habil-Sayağı” əsəri qədim əfsanədən ilham alaraq, Şərq və Qərb musiqi ənənələrini birləşdirir, müasir dünyanın xaosuna xəbərdarlıq edir. “Zikr” isə musiqinin ruhani təfəkkürə çevrildiyi bir ritual kimi təqdim olunur. Firəngiz Əlizadə Şərq və Qərb musiqi ənənələrini birləşdirərək özünəməxsus qlobal musiqi dilini yaratmış, milli kökləri müasir texnologiya ilə zənginləşdirmişdir. Onun musiqisi insan ruhuna toxunur, dinləyicini düşünməyə və özünü kəşf etməyə çağırır. Firəngiz Əlizadənin musiqisi yalnız estetika deyil, fəlsəfi düşüncə və insan ruhunun səsi olmaqla bəşəriyyətə dərin mesajlar verir".

Doğum günündə bəstəkarın sənətkar ruhu və yaradıcılığı ehtiramla yad edilir: “Firəngiz xanım, doğum gününüz mübarək! Səsiniz daim eşidilsin, sükutunuz da danışsın!”

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı