Xəbərlər 26.05.2025 17:11 104

Mediatorlar üçün növbəti maarifləndirici təlim baş tutub - FOTOLAR

23 may 2025-ci il tarixində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, Məhkəmə-Hüquq Şurası və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə "Zoom" proqramı vasitəsilə distant formada mediatorlar üçün təlim xarakterli seminar keçirilib.

QHT.az xəbər verir ki, “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilən təlim 3 saat olmaqla, “Bərpaedici ədliyyə məsələləri üzrə beynəlxalq təcrübə”, “Probasiya xidməti və Bərpaedici Ədliyyə, “Bərpaedici Ədliyyə ilə bağlı cinayət və cinayət-prosessual qanunvericiliyində edilmiş dəyişikliklər həm məhkumların və zərərçəkmiş şəxslərin hüquqlarının daha etibarlı qorunmasına, həm də mediasiyanın inkişafına yeni imkanlar yaratmışdır”, “Mülki prosesdə mediasiya məsələləri” mövzularını əhatə edib. Mövzular Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, ədliyyə müşaviri, hüquq elmləri doktoru, dosent Mətanət Əsgərova, Ədiyyə Nazirliyinin Probasiya xidmətinin aparıcı məsləhətçisi Aynur Kərimova, Mediasiya Şurasının üzvü, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Bayramov və Bakı Apellyasiya Məhkəməsinin hakimi, Mülki kollegiyanın sədri Rəfael Eyvazov tərəfindən tədris olunub.

Təlimdə 49 nəfər kişi, 26 nəfər qadın olmaqla, 75 nəfər mediator iştirak edib.

Təlim diskussiya formasında aparılıb və sonda mediatorları maraqlandıran suallar cavablandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı