Xəbərlər 22.05.2025 13:40 75

Müharibə iştirakçıları üçün məlumatlandırma sessiyası təşkil edilib - FOTOLAR

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi 21 may 2025-ci il tarixdə Şirvan şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının hüquqlarının müdafiəsinə dəstək” layihəsi  çərçivəsində müharibə iştirakçıları üçün məlumatlandırma sessiyası təşkil edib.

QHT.az xəbər verir ki, "Konstitusiya və Suverenlik İli"nə həsr olunan bu layihənin məqsədinə müvafiq olaraq iştirakçılara təklif edilən məlumatlılığın artırılması və hüquqi yardım xidmətləri haqqında məlumat verilmiş, bu xidmətlərin təyinatı və hədəf qrupları üçün əhəmiyyəti izah edilmişdir. Məlumatlılığın artırılması əsasən müvafiq mövzularda təqdimatların edilməsi, müvafiq qanunvericik aktlarından çıxarışların paylanılması və  sualların cavablandırılması formalarında təmin edilmişdir. İştirakçılar həmçinin hüquqi yardım xidmətinin müddətləri və üsulları, bu xidmətə çatımlıq və s. məsələlərlə bağlı da məlumatlandırılıblar. Birliyin təklif etdiyi bu xidmətləri yüksək qiymətləndirən tədbir iştirakçıları qanunvericilikdən və praktikadan doğan problemlər və onların həlli ilə bağlı fikirlərini səsləndirmiş, rəy və təkliflərlə çıxış etmişlər.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı