Azərbaycan ordusunun mövqeləri atəşə tutulub: Deputat müzakirə edib / VİDEO
Azərbaycan Ordusunun mövqeləri basarkeçər istiqamətindən atəşə tutulub. Bu məsələ ilə bağlı ARB 24 kanalında yayımlanan "İşgüzar Səhər" verlişində müzakirələr keçirilib və Deputat Azər Allahverənov bu hadisənin xüsusilə diqqət çəkən tərəflərinə toxunub.
QHT.az xəbər verir ki, Azər Allahverənov bildirib ki, baş verən hərbi təxribatlar, Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarına ciddi təsir göstərir. Deputat beynəlxalq təcrübəyə əsaslanaraq, bu cür hərbi təxribatların məqsədinin danışıqlar masasında oturan tərəflərə, xüsusən də əks tərəfə müəyyən mənada təsir etmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu hərbi təxribatlar vasitəsilə, tərəflər arasındakı münasibətləri daha da gərginləşdirmək və sülh danışıqlarını pozmaq məqsəd güdülür.
"Ermənistan cəmiyyətində antiazərbaycan ritorikasının hələ də güclüdür və bu cür təxribatlar bu ritorikanı daha da artırır. Bu təxribatlar vasitəsilə, müəyyən daxili və xarici qüvvələr, Ermənistanın mövcud vəziyyətindən istifadə edərək bölgədəki proseslərə müdaxilə etməyə çalışırlar. Siyasi liderlər də bu mühitdən faydalanmaq istəyirlər. Bu hərbi təxribatların yalnız bölgə üçün deyil, ümumilikdə beynəlxalq təhlükəsizlik üçün ciddi narahatlıq doğurur və belə təxribatların qarşısının alınması üçün beynəlxalq əməkdaşlıq vacibdir".
Pərvanə Fərhadqızı