UNEC tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib - FOTOLAR
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev, Tələbə-rektor, tələbə təşkilatlarının rəhbərləri və tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
QHT.az xəbər verir ki, ziyarət zamanı tələbələr 1918-ci ildə erməni daşnak dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Onlar memorial kompleksdə sərgilənən tarixi faktlarla tanış olub, faciənin miqyasını əks etdirən sənədlər və fotoşəkillərlə bağlı məlumat əldə ediblər.