Xəbərlər 18.02.2025 19:20 159

Ayaz Hüseynov: "Məqsədimiz nadir xəstəlikdən əziyyət çəkən heç bir vətəndaşın diqqətdən kənar qalmamasıdır"

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İdarə Heyətinin sədri Ayaz Hüseynov 28 fevral – Beynəlxalq Nadir Xəstəliklər Günü münasibətilə keçiriləcək elmi konfransla bağlı açıqlama verib.

"Bu il də TƏBİB və Pasiyent Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə nadir xəstəliklər mövzusunda elmi konfrans keçiriləcək. "AZƏRBAYCANDA NADİR XƏSTƏLİKLƏRİN MÜALİCƏSİNƏ MÜASİR YANAŞMA VƏ KLİNİK HALLAR" mövzusuna həsr olunan tədbirdə dövlət səhiyyə qurumları və peşəkar mütəxəssislər iştirak edəcək. Məqsədimiz nadir xəstəlikdən əziyyət çəkən heç bir vətəndaşın diqqətdən kənar qalmamasıdır," – deyə Ayaz Hüseynov bildirib.

Ayaz Hüseynov həmçinin bildirib ki, konfransda tanınmış həkimlər – Dr. Eldar Əhmədov, Dr. Röyalə Babayeva, Dr. İlahə Hacıyeva, Dr. Həsən Həsənzadə və Dr. Nailə Rəhimova nadir xəstəliklərin diaqnostikası və müalicəsi ilə bağlı çıxış edəcəklər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı