Xəbərlər 04.12.2024 17:54 163

Professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib - FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) professor Qulu Məhərrəmlinin 70 illik yubileyinə həsr olunan “Azərbaycan televiziyası müstəqillik illərində: əsas inkişaf tendensiyaları” mövzusunda elmi sessiya təşkil olunub. Tədbirin moderatoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikası tarixindəki əvəzsiz rolunu vurğulayıb.

QHT.az xəbər verir ki, BDU rektoru Elçin Babayev Qulu Məhərrəmlinin “telejurnalistika” və “televiziya tənqidi” sahəsində önəmli simalardan biri olduğunu qeyd edib: “O, istedadlı jurnalist, görkəmli alim və pedaqoqdur. Gənc jurnalistlərin yetişdirilməsində böyük xidmətləri var”.

Tədbirdə Qulu Məhərrəmlinin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov onun televiziya məktəbinin əsas qurucularından biri olduğunu qeyd edib.

Sessiyada Rəşad Məcid, professorlar Cahangir Məmmədli və Vüqar Əliyev, dosent Xatirə Hüseynova Qulu Məhərrəmlinin publisistika, jurnalistika və təhsil sahəsindəki töhfələrindən danışıblar.

Sonda yubilyar çıxış edərək ona verilən dəyərə görə təşəkkür edib. BDU rektoru Elçin Babayev professor Qulu Məhərrəmliyə Fəxri Fərman təqdim edib.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı