Venera həyat üçün uyğun deyil: elm adamları "Yerin pis əkizləri" mifini məhv etdilər
Kembric Universitetinin alimləri Venerada Yerdəki kimi həyatın heç vaxt mövcud olmadığı qənaətinə gəliblər. Araşdırmalar göstərir ki, qonşu planetin səthində su okeanları yaranmayıb.
QHT.az xəbər verir ki, Veneranın hazırda səth temperaturu təxminən 500°C-dir və atmosferində sulfat turşusu buludları mövcuddur. İki əsas nəzəriyyədən biri planetin bir zamanlar maye suyu saxlaya biləcək qədər sərin olduğunu, digəri isə Veneranın “isti doğulduğunu” iddia edir. Yeni tədqiqatlar ikinci nəzəriyyəni dəstəkləyir.
Alimlər Veneranın atmosferindəki su və karbon qazının sürətlə məhv olduğunu və vulkanik fəaliyyətin bunun qarşısını ala bilmədiyini aşkar ediblər. Veneranın vulkanik qazlarında su buxarının miqdarı 6%-dən azdır ki, bu da planetin səthində okeanların yaranmasını mümkünsüz edir. NASA-nın 2029-cu ildə başlayacaq DAVINCI missiyası Veneranın atmosferi və təkamülü barədə daha dəqiq məlumat toplayacaq. Alimlər həyatın dəstəklənə biləcəyi planetlərin araşdırılmasının daha vacib olduğunu vurğulayırlar.
R.İmanov