Xəbərlər 15.06.2024 21:42 4812

 İcraçı direktor SOCAR tərəfindən həyata keçiriləcək layihələrdə QHT-lər ilə əməkdaşlığın səmərəli olacağını diqqətə çatdırıb

14 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə SOCAR-ın "Eko park"ında bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri üçün SOCAR-ın yaşıl enerji gündəliyi barədə informasiya sessiyası və ekotur təşkil olunub.

QHT.az xəbər verir ki,  informasiya sessiyasında çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Agentliyin və vətəndaş institutlarının fəaliyyətindən bəhs edərək bu kimi sahəvi tədbirlərin təşkilinin məlumatlandırma baxımından xüsusi əhəmiyyətini vurğulayıb.

Aygün Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünyana naminə həmrəylik ili” çərçivəsində Agentliyin təşəbbüsü ilə həyata keçirilən tədbirlər haqqında məlumat verib.

İcraçı direktor ətraf mühitin qorunması üzrə məsələlərin vacibliyini qeyd edərək bu sahədə QHT-lərə Agentlik tərəfindən daim dəstək göstərildiyini bildirib. Aygün Əliyeva ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərdə SOCAR tərəfindən görülən işlər və həyata keçiriləcək layihələrdə QHT-lər ilə əməkdaşlığın və mütəmadi olaraq müzakirələrin aparılmasının səmərəli olacağını diqqətə çatdırıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı