Xəbərlər 14.06.2024 22:00 6127

 “Azərbaycanda mediasiya və insan hüquqları” mövzusunda maarifləndirici təlim keçirilib - FOTOLAR

Bu gün AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Mediasiya Şurası ilə birgə əməkdaşlığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Azərbaycanda mediasiya və insan hüquqları” mövzusunda maarifləndirici təlim keçirilib.

QHT.az xəbər verir ki, Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini, mediasiya təlimçisi Günel Sadıqova tərəfindən distant formada ZOOM platforması üzərindən həyata keçirilən təlimdə mediatorlar və Mərkəzi Bankın əməkdaşları iştirak edib.

Təlimdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov açılış nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb və mediasiya proseslərinin əsas prinsiplərindən söz açıb.

Daha sonra Mediasiya Şurası İdarə Heyətinin üzvü Əli Nəbiyev təlimin əhəmiyyəti barədə fikirlərini iştirakçıların diqqətinə çatdırıb. Təlim zamanı insan hüquqları və mediasiya sahəsində avropa və beynəlxalq standartlar barəsində müzakirələr aparılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı