Xəbərlər 14.06.2024 14:19 3659

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi yeni layihəsinin icrasına başlayıb

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnsan alveri əleyhinə maarifləndirmə” mövzusunda növbəti layihəni uğurla icra edir. Layihənin əsas məqsədi insan alverinin qurbanına çevrilməmək üçün vətəndaşlarımıza maarifləndirici tövsiyələr vermək və qeyri-rəsmi qurumlarla əlaqədə ehtiyatlı olmağa çağırmaqdır.

QHT.az xəbər verir ki, layihə çərçivəsində insan alverinin qurbanına çevrilmiş insanların acı taleyi, bu cinayətin cəmiyyətimizin sağlamlığına vurduğu ziyan haqqında və cinayətkar qrupların hansı vasitələrdən istifadə edərək insanları insan alverinin qurbanına çevirməsi barəsində məlumatı özündə əks etdirən maarifləndirici sosial çarxlar hazırlanacaq.

Hazırlanacaq sosial çarxlar sosial şəbəkələrdə yayımlanacaq və bu sosial çarxlar vasitəsilə insan alverinin qurbanına çevrilməmək üçün vətəndaşlarımıza maarifləndirici tövsiyələr veriləcək.

Birliyin sədri Anar Xəlilov bildirmişdir ki, hazırda layihənin hazırlıq mərhələsi başa çatmaq üzrədir. Belə ki, əməkdaşlıq edəcəyimiz studiya ilə müqavilə bağlanmış və bir sıra texniki işlər görülmüşdür. Layihə çərçivəsində görüləcək işlər haqqında mətbuata mütəmadi olaraq informasiya veriləcəkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı