Xəbərlər 12.06.2024 14:14 1153

Alimlər: Həddindən artıq işlənmiş bitki qidaları infarkt və insult riskini 15% artırır  

Alimlərə görə, vegan kolbasalar, heyvan mənşəli məhsulları əvəz etmək məqsədilə nəzərdə tutulmuş burgerlər, tortlar və cipslər kimi yüksək dərəcədə işlənmiş bitki mənşəli qidaların seçilməsi infarkt və insult riskinin 15% artmasına səbəb olur. Bu məlumatlar "Lancet Regional Health - Europe" jurnalında dərc edilən Biobank tədqiqatı əsasında 118 min iştirakçının qida rasionunun təhlilinə əsaslanır.

QHT.az xəbər verir ki, London İmperial Kollecinin mütəxəssislərinin iştirakı ilə həyata keçirilən araşdırmada 40-69 yaş arası 118 min britaniyalının iki gün ərzində pəhrizlərini qiymətləndirən məlumatları təhlil edilib. Bitki və heyvan mənşəli qidalar ayrılıb, daha sonra ultraprocessed (UPF) və qeyri-ultraprocessed kateqoriyalarına bölünüb.

Araşdırmada, yüksək dərəcədə işlənmiş bitki mənşəli qidalardan çox istifadə edən insanların ürək xəstəliyi kimi xəstəliklərə 7% daha çox və ölüm riskinin 15% artığını müşahidə edilib. Lakin, işlənməmiş vegetarian qidaların istehlakının artması ürək xəstəliyi riskinin azalmasına səbəb olub. Həmçinin, yağ turşusu istehlakının azalması vegetarianlar arasında ürək-damar xəstəliklərindən ölüm hallarında beşdə bir, damarlarda yağ yığılmasına bağlı xəstəliklərə görə isə 13% azalmaya səbəb olub.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı