"Azərbaycanda vərəmlə bağlı stiqmanın səviyyəsini necə azaldaq" mövzusunda konfrans keçirilib - FOTOLAR
11 iyun tarixində "Sağlamlığa Xidmət" İctimai Birliyinin təşkilatçılığı ilə həkimlərə və vətəndaş cəmiyyətinin nümayəndələri üçün Vərəm Stiqmasının Qiymətləndirilməsi üzrə Tədqiqat layihəsi çərçivəsində "Azərbaycanda vərəmlə bağlı stiqmanın səviyyəsini necə azaldaq" mövzusunda konfrans keçirilib.
QHT.az xəbər verir ki, konfransda layihənin koordinatoru Elçin Muxtarlı, Tədqiqatçı Pərvanə Vəliyeva və Məlumatın toplanılması üzrə Menecer Samirə Muxtarova tədbir iştirakçılarını salamlayıb və açılış nitqi ilə çıxış ediblər. Daha sonra Pərvanə Vəliyeva "Stiqma və Stiqmanın yaranmasına təsir edən amillər" mövzusunda ətraflı təqdimatla çıxış edib.
Stiqma problemi barədə real keyslərin müzakirəsi Elçin Muxtarlı və Samirə Muxtarova tərəfindən qrup işi formatında təqdim olunub. Daha sonra real keyslərin təqdimatı, bununla bağlı təkliflər qrup üzvləri tərəfindən interaktiv formada müzakirə olunub.
İnklüziv yanaşma (davranış etikası) və onun vərəmli pasientlərə qarşı stiqmanın azaldılmasına təsiri mövzusunda ekspert Zivər Xanlarova ətraflı çıxış edib.
Sonda tədbir iştirakçılarına sertifikat təqdim olunub.