Xəbərlər 10.06.2024 14:40 1764

SON DƏQİQƏ: Ağır qəza baş verib: Ölən və yaralılar var

Bakı-Quba-Rusiya avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

QHT.az-ın məlumatına görə, "Toyota" markalı minik avtomobili yolda hərəkətdə olan zaman "Shaqman"a çırpılıb.

Belə ki, qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb

Daha dörd nəfər - Fidan Məmmədova (2015), Nigar Məmmədova (1995), Nərmin Quliyeva (2008), Ahu Quliyeva (2013) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı