Xəbərlər 10.06.2024 11:55 894

Bu gün qəhrəman şəhidimiz Yalçın Dadaşzadənin doğum günüdür!

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Yalçın Dadaşzadə 1993-cü il iyunun 10-da Beyləqan rayonunun Mayaq qəsəbəsində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 27 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Yalçın Dadaşzadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı