Xəbərlər 05.06.2024 17:39 1716

Müharibədən Sonra Şəhid Ailələrinə Dəstək: Qubada İctimai Birliyin Növbəti Tədbiri / FOTOLAR

Quba rayonda 44 günlük Vətən müharibəsindən sonra yaranan və ibrətamiz fəaliyyət yolu ilə fərqlənən "Vətən Naminə "Şəhid Ailələrinə Dəstək Ictimai Birliyi növbəti örnək olacaq bir tədbir keçirib. Belə ki, bir müddətdir Qubada istirahət edən bir qrup Gəncə, Samux şəhərindən olan şəhid ailələrilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə İctimai Birliyin sədri Tünzalə Abduləlimova və Quba şəhid anaları Gəncə və Samuxda olan analara ilk olaraq  tanış olmuş, səmimi söhbətlər aparıblar. Daha sonra Tünzalə xanım ayrı-ayrılıqda şəhidlər haqqında məlumatlar almışdır. Tünzalə xanım şəhid ailələrinin problemlərini dinləmiş və aradan qaldırılması üçün atıla biləcək addımları müəyyənləşdirmişdir. Yaxın gələcəkdə müqəddəs Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində onlara birgə fəaliyyət istiqamətləri müəyyənləşdirib.
Tünzalə xanımın bu təşkilata rəhbərlik etdiyi gündən bu tendensiya davam edir, daima şəhid anaları, Şəhid yadigarları ilə görüşür, hər zaman bacardığı qədər köməklik göstərir, layihələr icra edir, istedadlı şəhid övladlarının tanıtımına vasitəçi olur, yardım aksiyaları reallaşdırır.

Rayonumuzun və "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək Ictimai Birliyinin qonaq olan Şəhid anaları da bu görüşdən məmnunluqlarını ifadə edib və eyni dəyərləri və eyni dərdi daşıyan bir çox ümidsiz insanın həyata bağlanmasında bu işlərin məqsədyönlü və təqdirəlayiq olduğunu vurğulayıblar.

Bundan sonra da davamlı olarag görüşlərin keçirilməsi üçün anaların istək və arzuları nəzərə alıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı