Xəbərlər 03.06.2024 01:56 1552

Günərzi Qayğı Mərkəzinin Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram şənliyi keçirilib - FOTOLAR

Goldd Naftalan Oteldə Günərzi Qayğı Mərkəzinin 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram şənliyi keçirilib.

QHT.az xəbər verir ki, “İstedadlı Əlillər” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin elan etdiyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” adlı layihənin Naftalan rayon üzrə qalibi olub.

Goldd Naftalan Otelin təşkilatı dəstəyi ilə Naftalan rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş bayram şənliyi keçirilib.

Tədbirdə SXA-nın əməkdaşı Ədil Hüseynov, Naftalan şəhəri üzrə DİN-nin rəisi Zaur Bədəlov, Naftalan şəhər Mərkəzi Xəstəxananın həkimi Vaqif Məmmədov, Qadın, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Elnarə Məhərrəmova, tədbirə dəvət olunmuş gənc müğənni Həcər Abbaszadə və Naftalan şəhər Günərzi Qayğı Mərkəzinin əməkdaşları iştirak etdilər.

Tədbir ilk öncə uşaqların ifasında Azərbaycan Himni səsləndilərək açıq elan edildi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra söz mərkəzin rəhbəri Qubad Qasımova verildi. Mərkəzin rəhbəri öz növbəsində gələn qonaqları salamlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olan qəhrəmanların xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Daha sonra Qubad Qasımov qeyd etdi ki, bu günki tədbir 1950-ci il iyunun 1-də BMT nin Baş Assambeliyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Uzun illərdir ki, ƏƏSMN-yi əlilliyi olan uşaqlara və aztəminatlı ailələrin övladlarına Azərbaycanın bütün bölgələrində Günərzi Qayğı Mərkəzlərinin açılmasını göstəriş vermişdir. Burda məqsəd uşaqların Dövlət İnternat evlərinə düşməsinin qarşısının alınması və imkansız ailələrin övladlarının dövlət bağçalarına yerləşdirə bilməməsi üçün, həmin ailələrin övladlarına təmənnasız baxça xidmətinin görsədilməsi və ailələrə dəstək verməkdən ibarətdir. Daha sonra tədbirə dəvət olunmuş SXA-nın Naftalan şöbəsinin nümayəndəsi Ədil Hüseynov, Naftalan şəhəri üzrə DİN-nın rəisi Zaur bədəlov, Naftalan şəhər Mərkəzi Xəstəxananın həkimi Vaqif Məmmədov, Qadın, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Elnarə Məhərrəmova öz çıxış edərək qeyd etdilər ki, bu kimi lahiyələr ölkə prezidentinin daim diqqət mərkəzindədir və dövlət olaraq sosial təbəqənin daim yanında olmaq dövlətin borcudur. Onlar da  təbrik və arzularını uşaqlara çatdırdılar.

Daha sonra mərkəzin körpə fidanları bu günə həsr edilmiş  şeirlərini, mahnılarını və rəqslərini ifa etdilər. Tədbirdə gənc müğənni Həcər Abbaszadə öz ifasında mahnılar səsləndirdi və sonra tədbirə dəvət olunmuş cizgi film personajları ilə tədbir davam etdi.

Tədbirin sonunda Layihənin rəhbəri “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Qubad Qasımov SXA-nın İdarə Heyyətinin sədri Vuqar Behbidova, eyni zamanda Gold Naftalan Otelin  rəhbəri Elburus Nəsirov  və onun əməkdaşlarına bu tədbirin keçirilməsinə şərait yaratdıqları üçün öz təşəkkürünü bildirdi. Uşaqlarla birlikdə bayram tortu kəsildi və uşaqlara hədiyyələr təqdim edildi.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı