Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan: MÜZAKİRƏ/ VİDEO
Prezident İlham Əliyevin 10 yanvar 2024-cü ildə yerli TV kanallara müsahibəsində dediyi "...bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır? Bu, bir ictimai müzakirə mövzusu olmalıdır" çağırışına uyğun olaraq UNEC-də "Gələcək özümü gələcək?" başlıqlı müzakirələr keçirilir.
QHT.az xəbər verir ki, UNEC-də “Yaşıl iqtisadiyyat, Rəqəmsal Azərbaycan: yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!" mövzusunda baş tutan ikinci müzakirədə səslənən fikir və ideyalar ölkəmizin, eləcə də dünyanın gələcəyi ilə maraqlananlar üçün maraqlı olacaq.