Xəbərlər 07.05.2024 19:00 1746

“Valideynlər övladı nitq və eşitmə qabiliyyəti məhduddursa ona təhsil vermir” – QHT sədri ilə MÜSAHİBƏ

Əlillərin hüquqları və cəmiyyətdə tam iştirakı ilə bağlı Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şamil Sabirzadə ilə müsahibəmiz böyük önəm daşıyan bir məsələni aydınlaşdırır. Müsahibədə əlillilərin cəmiyyətdəki yerinin gücləndirilməsi, onların hüquqlarının qorunması və cəmiyyət üzündəki təsiri barədə məlumat verilir. Şamil Sabirzadə ilə söhbətimizdə əlillilərin cəmiyyətdə tam iştirakını təmin etmək üçün nələrin əhəmiyyətli olduğu haqqında fikirləri əks olunur. Cəmiyyətdə hər kəsin hüquqlarının bərabər şəkildə qorunması və dəstəklənməsi üçün belə yazılar çox paylaşılmalıdır.

QHT.az QHT sədri ilə MÜSAHİBƏni təqdim edir.

 

QHT.az: Salam, mən Pərvanə Fərhadqızı bu gün bizimlə birlikdə Əlillərin Hüquqları ilə bağlı əhəmiyyətli mövzuları müzakirə edəcək QHT sədri Şamil Sabirzadə var. Onunla bu vacib məsələlər barədə söhbət etməyə razılaşdığı üçün çox məmnunuq. İlk suala keçək. Şamil müəllim Əlillərin hüquqları ilə bağlı cəmiyyəti maarifləndirmək üçün hansı üsullardan istifadə edirsiniz?

Şamil Sabirzadə: Salam. Əlilliyi olan şəxsləri maarifləndirmək üçün hər ay Bakı Kitab Mərkəzində surdotərcümə ilə “Oxu saatı” təşkil edirik. Eyni zamanda filmlər, cizgi filmlərini, mühüm məlumatları tərcümə edib onlara çatdırılmasını təmin edirik.

 

QHT.az: Bəs əlillərin cəmiyyətdə tam iştirakını təmin etmək üçün nə etmək olar və ictimai dəstək nə dərəcədə vacibdir?

Şamil Sabirzadə: Əlilliyi olan şəxslərin cəmiyyətə adaptasiyası üçün ictimai dəstək çox önəmlidir. Çünki ictimai dəstək olduqca onlar özlərini daha sərbəst və təcrid olunmamış hiss edəcəklər.

 

QHT.az: Əlillik hüquqları ilə bağlı ən böyük problemlər hansılardır və onların aradan qaldırılması üçün nə etmək olar?

Şamil Sabirzadə: Hər bir əlilliyi olan şəxsin də digər şəxslər kimi işləmək hüququ vardır. Çox təəssüf ki, onların ən böyük problemi işsizlikdir. Bunun aradan qaldırılması üçün cəmiyyətin özünün əlilliyi olan şəxsləri qəbul etməsi çox önəmlidir.

 

QHT.az: Sizcə, jest dilinin və digər alternativ ünsiyyət üsullarının təhsili və istifadəsi ilə bağlı cəmiyyətdə maarifləndirməni necə artırmaq olar?

Şamil Sabirzadə: Jest dili- nitq və eşitmə qabiliyyəti məhdud şəxslərin ünsiyyət dilidir. Bununla bağlı ilk öncə məktəbıərdə, sonra isə ali təhsil müəssisələrində bu dilin tədrisinə başlanılmalıdır. Nəzərə alsaq ki, bu dili öyrənmək üçün kurslar fəaliyyət göstərir və istəyən hər kəs öyrənə bilir. Məsələ burasındadır ki, jest dili dövlət səviyyəsində tanınsa artıq hər kəs öyrənməyə başlayacaqdır.

 

QHT.az: Əlillərin hüquqlarının və işarə dilinin inkişafında hökumətlərin və beynəlxalq təşkilatların rolu nədir?

Şamil Sabirzadə: Jest dilinin inkişafında müxtəlif QHT-lər fəaliyyət göstərir ki, onlar istər yerli, istərsə də beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirirlər.

 

QHT.az: Əlilliyi olan insanlar üçün işarə dilinin əldə edilməsində hansı çətinliklər var və bu çətinlikləri aradan qaldırmaq üçün nə etmək olar?

Şamil Sabirzadə: Əlilliyi olan insanlar əsasən də nitq və eşitmə qabiliyyəti məhdud şəxslər jest dilini mənimsəmək üçün mütləq şəkildə təhsil almalıdırlar. Təhsil bu şəxslər üçün çox mühümdür. Çətinliklər ondan ibarətdir ki, əsasən də bölgələrdə bu tip məktəblərin fəaliyyət göstərməsi barədə məlumat yoxdur. Ona görə də valideynlər, əgər övladı nitq və eşitmə qabiliyyəti məhduddursa ona təhsil vermir. Əsasən də bölgələrdə bunun təbliğ olunması çox məqsədəuyğundur.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı