Xəbərlər 07.05.2024 13:30 1903

Siyəzən və Qubada "İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbirlər keçirilib - FOTOLAR

Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi QHT-lər ilə əməkdaşlıq çərçivəsində maarifləndirmə işlərini davam etdirir.

QHT.az xəbər verir ki, bu istiqamətdə növbəti tədbirlər Siyəzən və Quba şəhərlərində baş tutub.

06.05.2024-cü il tarixində Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada və 7 may 2024-cü il tarixində  Quba şəhər Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində "İnsan alverinə qarşı mübarizə" çərçivəsində şagirdlərlə maarifləndirici söhbət aparılıb.

Tədbirlərdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə  baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı İbrahim Əhmədov  və Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri Eynulla Xeyrullayev iştirak ediblər.

Tədbirdə insan alveri nədir? Kimlər insan alverinin qurbanına çevrilə bilər? İnsan alverinin formaları, baş vermə səbəbləri və ən əsası qarşısının alınması yolları dinləyicilərə geniş formada izah olunub.

Qeyd edilib ki,  insan alveri, bir insanın hüquqlarının və dəyərlərinin zəif və savadsız insanlar tərəfindən istismar edilməsi və onların maddi səfərbərlik və ya başqa məqsədlərlə qorxulu və zalım şəraitdə işlədilməsi və ya istifadəsi kimi qeyd olunur. Bu fəlakətə geniş spektrumda qurban düşənlər arasında uşaqlar, qadınlar, mənfi sosial təsirlərə məruz qalmış insanlar daxildir. Belə tədbirlərdə insan alverinin forması, səbəbləri və qarşısının alınması yolları haqqında məlumatlar geniş şəkildə ictimaiyyətə təqdim olunur. İnsan alverinə qarşı mübarizə tədbirləri insanların mədəniyyət və mənəviyyatına dəyər verən bir cəmiyyətin inkişafı üçün əhəmiyyətli bir addımdır. İnsan alverinə qarşı mübarizənin sürətləndirilməsi, insan haqlarının və dəyərlərinin qorunması üçün ictimai fəallıqların dəstəklənməsi və təşviqi ictimaiyyətin hər bir fərdinə insanlığın inkişafı üçün əhəmiyyətli bir vəzifədir. Bu tədbirlər insanlığın daha adil və insani bir cəmiyyətə doğru addımlar atmasına yardım edir.

 

Pərvanə Fərhadqızı

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı