Xəbərlər 07.05.2024 12:26 974

DƏRMAN PREPARATLARI VƏ TİBBİ LƏVAZİMATLARIN QANUNSUZ YOLLA ÖLKƏ ƏRAZİSİNƏ GƏTİRİLMƏSİNİN QARŞISI ALINIB

Dərman preparatları, qida əlavələri və tibbi ləvazimatların gömrük orqanına bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, İstanbul-Bakı aviareysilə birgə gələn iki sərnişinin yüklərinə baxış keçirilib.

 

Baxış zamanı gömrük nəzarətinə əvvəlcədən yazılı, şifahi və elektron formada bəyan edilməyən 13 adda, ümumilikdə 14588 ədəd dərman preparatı, qida əlavəsi, qan şəkəri test çubuğu və digər tibbi ləvazimatlar aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı