Xəbərlər 07.05.2024 00:05 855

"Bakı Marafonu 2024": QHT könüllülərin həvəsli iştirakı - VİDEO

“Bakı marafonu 2024”də iştirak məqsədilə toplaşan “Regional İnkişaf” İctimai Birliyinin paytaxt və regionları təmsil edən 600 nəfərdən çox konüllüsü üçün Xətai rayonunda yerləşən “Gənclik” parkında əyləncəli tədbir təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirdə, həmçinin könüllülərin “Bakı marafonu 2024”də iştirakının təşkilinə dəstək verən könüllülərə təşəkkürnamələr təqdim edilib.  QHT-nin Dağlıq Şirvan regionu üzrə könüllüsü Ömər Quluzadə “Bakı marafonu 2024”də finişə çatan ilk 3000 nəfərin sırasında olub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü və “Küləyə qalib gəl” şüarı ilə keçirilən yarışa 18 mindən çox iştirakçı qatılıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı