Xəbərlər 02.05.2024 12:26 1197

Şəhidimiz Siyasət Mustafayevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Siyasət Mustafayev 1996-cı il mayın 2-də Ağdaş rayonunun Pirəyir kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə yollanıb, daha sonra isə orduda qalaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. O, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 27 sentyabr tarixində bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Siyasət Mustafayev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı