Xəbərlər 24.04.2024 08:00 1345

“LaunchX” Yay Sahibkarlıq Proqramına Qəbul Olunmaq: Uşaq Səfirlər Məclisinin Uğuru

Uşaq Səfirlər Məclisinin üzvü Massaçusets Texnologiya İnstitutu tərəfindən təşkil olunan “LaunchX” Yay Sahibkarlıq Proqramına təqaüdlə qəbul olunub.

QHT.az xəbər verir ki, Uşaq Səfirlər Məclisinin üzvü Tunar Məmmədli orta məktəb şagirdləri üçün real şirkət qurmaq təcrübəsinin öyrənildiyi və real startaplarının formalaşdırıldığı ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology) tərəfindən təşkil olunan “LaunchX” dörd həftəlik yay sahibkarlıq proqramına təqaüdlə qəbul olunub.

Amerikanın Kaliforniya ştatında təşkil ediləcək yay proqramının maraq sahələrini iqtisadiyyat və maliyyə, sahibkarlıq və biznes, STEM, texnologiya və innovasiya məsələləri təşkil edir. Eyni zamanda nəzəriyyədən kənara çıxaraq praktik tətbiqə yönələn tədris proqramı akademik ekspertlər və praktiklər tərəfindən xüsusi olaraq orta məktəb şagirdləri üçün hazırlanıb. 

Qeyd edək ki, dünyanın 40-a yaxın ölkəsindən qeydiyyatdan keçən minlərlə şagirdin yalnız 80 nəfəri “LaunchX” Yay Sahibkarlıq Proqramında iştirak hüququ əldə edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı